Cümə, 03 May

İran İsraili necə cəzalandıracağına özü qərar verəcək - Kənani

image

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumunu kəskin şəkildə pisləyib.

Xəbər verilir ki, İRNA-nın məlumatına görə, Kənani “İran təcavüzkarı necə cəzalandırılacağına özü qərar verəcək”, – qeyd edib.

Kənani bu hücumu beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb.

“Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən qəti şəkildə pislənilməli, təcavüzkara qarşı tədbirlər görülməlidir”, – deyə o əlavə edib.

XİN nümayəndəsi hücumun məsuliyyətinin İsrail üzərinə düşdüyünü vurğulayıb.

Bundan əlavə, İranın xarici işlər naziri Hüseyn Abdollahian suriyalı həmkarı Feysal Mekdad ilə telefon danışığında bildirib ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücumu bütün beynəlxalq öhdəliklərin pozulmasıdır.

O, suriyalı həmkarına hücumdan sonra İranın Dəməşqdəki səfirliyini ziyarətinə görə təşəkkür edib.

Suriyalı nazir öz növbəsində İsrailin Suriyadakı İran konsulluğuna hücumlarını qətiyyətlə pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15