Cümə, 03 May

Rumıniyanın baş naziri Moldova və Rumıniyanın birləşdirilməsini istəyir

image

Rumıniyanın baş naziri Marsel Colaku “dcnews.ro”ya verdiyi müsahibədə ölkəsinin Moldova ilə birləşdirilməsi ideyasını, məsələn, hər iki ölkənin Avropa İttifaqına qoşulması ideyasını dəstəklədiyini bildirib: “Mən birləşmənin tərəfdarıyam, heç kim mənə bunu qadağan etməyib.

Mənim haqqımdır! Mən hələ də Moldova və Rumıniyanın birləşməsinə və bunun Aİ çərçivəsində baş verəcəyinə inanıram”,- Çolaku deyib. Baş nazirin sözlərinə görə, Moldovanın sabitliyi digər məsələlərlə yanaşı, Rumıniyanın köməyi ilə təmin edilir. O, Moldovada da rumınların yaşadığını bildirib.

“Marketinq və Sosioloji Tədqiqatlar İnstitutu”nun (IMAS) fevralda keçirdiyi sorğunun nəticələrinə görə, Moldova vətəndaşlarının 50%-i Moldovanın Rumıniyaya birləşdirilməsinin əleyhinədir. 2023-cü ilin mayında Moldova prezidenti Maya Sandu ölkəsinin vətəndaşlarının Rumıniya ilə birləşməyə yetərincə dəstək vermədiyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15