Göyçayda maşın iki piyadanı vurub
Göyçayda maşın iki piyadanı vurub
Goyçayda yol-nəqliyyat hadisəsi olub.
Xəbər verilir ki, hadisə zamanı "Mercedes-Benz" markalı avtomobil iki piyadanı vurub.
Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və 1972-ci il təvəllüdlü Reyhane Mehdiyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aftafa.tv