Şənbə, 04 May

İsrailin İranda nəyi məhv etdiyi açıqlandı: Şok detal

image

Ötən cümə günü İsrail İranın İsfahan şəhəri yaxınlığındakı hərbi bazasını qoruyan mühüm hava hücumundan müdafiə sistemini məhv edib.

Xəbər verilir ki, bu barədə“The New York Times” adlarının gizli saxlanmasını istəyən Qərb və İran mənbələrinə istinadən məlumat yayıb.

Qərb və İran rəsmilərinin anonimlik şərti ilə jurnalistlərə verdiyi məlumata görə, zərbə Rusiya istehsalı olan S-300 zenit-raket kompleksini məhv edib.

İranın obyektinə hansı silahla zərb endirildiyi məlum deyil. Üç Qərb və iki İran rəsmisi İsrailin pilotsuz təyyarələrdən və hərbi təyyarədən atılan ən azı bir raketdən istifadə etmiş ola biləcəyini bildirib. Bundan əvvəl İran rəsmiləri hərbi bazaya hücumun böyük ehtimalla İranın özündən atılan kiçik dronlarla həyata keçirildiyini bildirib.

İki Qərb rəsmisi raketin İsrail və ya İran hava məkanından uzaqda yerləşən hərbi təyyarədən atıldığını və silahın İranın radar müdafiəsindən yayınmasına imkan verən texnologiyanın olduğunu bildirib. İki İran rəsmisi bildirib ki, hərbçilər cümə günü ölkənin hava məkanına heç nə, o cümlədən pilotsuz təyyarələr, raketlər və ya təyyarələr daxil olduğunu aşkar etməyiblər.

Almaniyanın Bild nəşrinin köşə yazarı Kristofer Bühl qeyd edir ki, İran hakimiyyəti Rusiyadan aldığı S-300 sistemləri ilə fəxr edir. Hərbi paradlarda nümayiş etdirilən komplekslərin üzərində Ayətullah Xameneinin portretləri və sitatları yazılmış şüarlar asılır.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15