Cümə axşamı, 30 May

Qazaxın 4 kəndi qaytarıldı, digər kəndlər nə vaxt qaytarılacaq? - Açıqlandı

image

Ötən həftə Ermənistan tərəfi Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı bəyənat yayıb. Bununla da delimitasiya və demarkasiya prosesində ilk mühüm addım atılmış oldu. Artıq hər kəs növbəti mərhələdə Qazaxın Ermənistanın içərisində anklav olan 3 kəndi (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) və Kərkinin qaytarılmasını gözləyir. Bəs görəsən Azərbaycana məxsus bu 4 anklav kənd nə zaman rəsmi Bakının yursdiksiyasının keçəcək?

Xəbər verilir ki, mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, bu kəndlərin qaytarılması delimitasiya prosesinin gedişindən asılıdır:

“Bu məsələlərə diqqət edərkən, keçən ayın 4-də Şahin Mustafayevin ofisindən yayılan açıqlamaya baxmalıyıq. Həmin açıqlamada 2 məqam vurğulanıb. Bunlar anklav olmayan 4 kəndin qeyd-şərtsiz geri qaytarılması və anklav olan 4 kəndin isə delimitasiya prosesinin gedişində həll edilməsi ilə bağlı təklifdən ibarətdir. Bu əslində hər iki tərəf üçün ən rasional təklifdir. 19 apreldə qeyri-anklav kəndlərin qaytarılması ilə bağlı razılaşma gündəmdədir. Artıq bu proses başlayıb. Düzdü, ermənilər arasında bəzi revanşist qüvvələr bu prosesə mane olamağa çalışsa da, bu tip marginal etiraz aksiyalarının gedişata əngəl törədəcəyini düşünmürəm. Paşinyanın hazırda Ermənistandakı mövqeləri kifayət qədər güclüdür və onun rəqiblərinin elektoratı o qədər də önəmli kütlə təşkil etmir. Bu baxımdan ilk öncə gələn aydan başlayaraq hazırki 4 kəndin qaytarılması öz həllini tapacaq. Növbəti mərhələdə isə mübahisəli bəzi ərazilərin delimitasiyası üzrə işlər görüləcək”.

Politoloq delimitasiya prosesinin uzun müddət çəkə biləcəyini də istisna etməyib:

“Bu məsələlər 2 ölkə arasında etimad mühitinin səviyyəsinə və beynəlxalq hüquqa uyğun olaraq həllini tapmalıdır. Burada müxtəlif variantlar mümkündür. Çünki Azərbaycan-Ermənistan sərhəddi 1000 kilometrdən daha uzun və coğrafi olaraq olduqca mürəkkəb ərazini əhatə edir. Bu baxımdan proses hələ də davam edir və 4 kəndin qaytarılmasından sonra işlər daha sürətli həyata keçirilə bilər. Ancaq reallıq odur ki, delimitasiya prosesi uzun və vaxt aparacaq bir prosedurdur. Amma bütün hallarda rəsmi İrəvan xoş məram nümayiş etdirə bilsə, bir çox məsələlərdə daha tez nəticə əldə ediləcək”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ərazidə su olmayacaq

  • 28.05.2024 - 14:35
image

Türkiyədə zəlzələ olub

  • 27.05.2024 - 09:58
image

Qazın qiyməti qalxdı

  • 26.05.2024 - 20:11