Çərşənbə, 15 May

Azərbaycanda hansı banklar aşağı faizlə kredit verir? - SİYAHI

image

Son illər ölkədə banklara və digər bank olmayan kredit təşkilatlarına kreditlə bağlı müraciətlərin sayı kəskin artıb. Əvvəlki illərə nisbətən, əhali müxtəlif məqsədlər üçün kreditlərdən daha çox istifadə edir. Kreditlə bağlı müraciətlər daha çox ev, maşın və digər əmlaklarla əlaqədar olur. 

Ölkəmizdə fəaliyyət göstərən banklarda isə təqdim olunan kredit faizləri, ödəniş müddəti və məbləğlər müxtəlifdir. Ümumi olaraq 9.5 faizdən başlayan faizlər 26 faizə qədər yüksəlir. Bəs görəsən banklar arasında ən aşağı kredit faizlərini hansı təqdim edir? 

Mövzunu araşdırıb və bankların kredit faizlərini oxuculara təqdim edirik: 

Azərbaycanda nağd pul krediti verən banklar arasında ən aşağı faizi 9.5 faizdən başlayaraq, “Expressbank” təqdim edir. Vətəndaşlar bankdan 70 min manatadək pul kreditini 59 aya qədər müddətlə götürə bilər.

“Bank Respublika”da maksimum 50 min manata qədər pul krediti 10 faizdən başlayır. Bankda kredit müddəti 6 aydan 48 aya qədərdir.

Ölkədə uzun müddətdir fəaliyyət göstərən “AccessBank”da nağd pul krediti 10-26 faiz arası dəyişir. Bank tərəfindən maksimum təklif olunan kredit məbləği 40 min manatdır. 

“Azərbaycan Beynəlxalq Bank”ında kredit faizləri 10.9-dan başlayır. Sözügedən bank 40 min manata qədər nağd krediti 60 ayadək ödənişlə təqdim edir.

“Bank VTB”-də isə 40 min manatadək nağd pul krediti 10.99 faizlə təqdim edilir. Bankda kredit ödənişlərinin müddəti 3 aydan, 59 aya qədərdir. 

Qeyd edək ki, yuxarıda adı çəkilən banklarda nağd pul kreditləri ilə bağlı müraciətlərdə (“Expressbank" istisna olmaqla - 0-3.5 faiz) komissiya tələb olunmur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00