Bazar, 05 May

Nazim İbrahimovdan şəhidlərimizə hörmətsizlik - FOTOLAR

image

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov öz “Facebook” hesabından paylaşdığı yeni fotoları ilə diqqət çəkib. Sözügedən fotolarda diasporanın keçmiş sədrinin gülərüzlü siması və dəbdəbəli evi diqqətlərdən yayınmayıb.

Təbii ki, istənilən digər şəxs kimi Nazim İbrahimov da öz sosial media hesabından fotolar paylaşmaqda sərbəstdir. Lakin dövlət xadiminin jurnalistlərimizin Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olduğu bir gündə gülərüzlə, öz bahalı həyatını reklam edərək şəkillərini ictiamiyyətə nümayiş etdirməsi qəbuledilməzdir.

Xüsusilə də, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara çağırışlar etdiyi bir zamanda keçmiş diaspora sədri tərəfindən edilirsə, bu cür hərəkət daha artıq dözülməzdir. Nazim İbrahimovun zəngin həyatı haqqında əlavə şərh verməyə isə, yəqin ki, ehtiyac yoxdur.

Nazim İbrahimovun diaspora sədri olduğu dövrdə xarici görünüşünün yarısı qədər işinə məsuliyyətlə yanaşmadığı da hər kəsə məlumdur. Sabiq sədrin vəzifədən kənarlaşdırıldıqdan sonra attığı bu cür addımlar isə əslində, onun rəhbərliyi dövründə diasporanın bərbad vəziyyətinin səbəblərini gün üzünə çıxarır.

Nazim İbrahimovun xalqımızın acı günüdə gülərüzlü fotolar paylaşmasında hansı məqsədi güddüyünü isə, yəqin ki, sabiq sədrdən başqa heç kim bilmir.
 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15