Çərşənbə axşamı, 18 İyun

Rusiya Ermənistan qarşısında geri çəkildi

image

Bir müddət əvvəl məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin artıq İrəvana qayıdıb. 

Xəbər verilir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti ilə söhbətində bildirib. 

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kopirkinin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırıldığını bildirib. Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı şərh etməyib. 

İyunun 6-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Rusiyadakı məsləhətləşmədən sonra tezliklə Ermənistana qayıdacaq, münasibətlərin pozulmasından söhbət gedə bilməz. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28