Çərşənbə, 26 İyun

Putin ancaq onunla danışmaq istəyir- 180 kiloluq Stefançuk kimdir?  

image

Ali Radanın spikerinin hakimiyyət yolu...

Rusiya prezidenti Vladimir Putin mayın 20-dən sonra etdiyi çıxışlarda Zelenskinin daha legitim hakimiyyətinin bitdiyini və bu ölkədə qərar vermək səlahiyyətinin ancaq Ali Radada olduğunu deyir. 

“Ukrayna Konstitusiyası Ali Radanın legitimliyinin qorunub saxlanmasını, onu hərbi vəziyyət şəraitində daimi hakimiyyət orqanına çevirməyi nəzərdə tutur. Məhz Ali Rada bu gün qanuni orqandır, prezidentin səlahiyyətlərini icra edən Ali Radanın sədri xüsusi səlahiyyətlərə, o cümlədən müdafiə sahəsi, təhlükəsizlik, silahlı qüvvələrin ali komandanı kimi qərarlar verməyə mükəlləfdir. Konstitusiyada  bu barədə ağ-qara hərflərlə aydın yazılıb”-  iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Putin bir daha bəyan edib. Rusiya prezidenti bundan əvvəlki çıxışlarında  eyham vurmuşdu ki, mümkün  danışıqlar ancaq Ali Rada rəhbəri ilə ola bilər.

Ruslan_Stefanchuk_addressing_the_chamber_in_Strasbourg_-_52160328748.jpg (1.64 MB)

Musavat.com bu səbəbdən Ali Rada rəhbəri haqda məlumatları oxucuların diqqətinə çatdırır.

 Hazırda Ali Radanın spikeri vəzifəsini Ruslan Stefançuk tutur. Stefançuk 1975-ci ildə Qərbi Ukraynanın Ternopil şəhərində anadan olub. İxtisasca hüquqşünas olan  Stefançuk uzun müddət təhsil sahəsində çalışmış, professor və hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Xmelnitski Regional İdarəetmə və Hüquq İnstitutunda oxuyarkən Stefançuk "Üç şişman adam" adlı KVN komandasında iştirakçı olub. Ukrayna liqasında onun rəqiblərindən biri Zelenskinin oynadığı “95-ci Kvartal” komandası idi.

Stefançuk hələ Zelenski prezidentliyə namizəd olmaq qərarından əvvəl siyasi karyeraya başlamağa çalışıb. 2000-ci illərin əvvəllərində Ali Radanın Qanunvericilik İnstitutunda işləyib və Sobor  Partiyasına qoşulub (bu partiya 2000-ci ilin martında yaradılıb, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun bloku ilə əməkdaşlıq edib), Xmelnitskidəki yerli partiya şöbəsinə rəhbərlik edib. 

2018-ci ildə Stefançuk gələcək prezident Zelenskinin seçki qərargahına qoşulub. Stefançuk Xmelnitski İnstitutunda oxuduğu Sergey Nijninin tövsiyəsi ilə gələcək prezidentə dəstək verib. Ona isə çox məsul iş-prezidentlik kampaniyasının ideoloji hissəsini idarə etmək tapşırılıb. 

2019-cu ilin mayında keçirilən prezident seçkilərində Zelenskinin qələbəsindən sonra Stefançuk dövlət başçısının Radadakı rəsmi nümayəndəsi təyin edilib. Həmin ilin iyulunda keçirilən növbədənkənar parlament seçkilərində o, Dmitri Razumkovdan sonra siyahıda 2-ci olan “Xalqın xidmətçisi”  Partiyasından deputat seçilib.  2019-cu ilin avqustunda o, Radanın birinci vitse-spikeri seçilib. 2021-ci ilin oktyabrından isə Ali Radaya rəhbərlik edir.

Siyasətçinin kiçik qardaşı Nikolay da  ixtisasca hüquqşünasdır, o da Ali Radanın “Xalqın xidmətçisi” Partiyasından deputatdır.

Ruslan Stefançukun  həyat yoldaşı Marina  ixtisasca hüquqşünasdır. Ailənin iki övladı var- oğlu Oles və qızı Zlata. Ali Radanın rəhbəri rus və ukrayna dillərindən əlavə polyak, alman, ingilis və latın dillərini bilir.

Siyasətçi jurnalistlərlə söhbətində boyunun 197 sm, çəkisinin isə 180 kq olduğunu bildirib. Stefançuk artıq çəki ilə mübarizədə mümkün olan hər şeyi sınadığını, lakin hər şeyin nəticəsiz olduğunu etiraf edib. “Bir dəfə rekord çəki itirdim - təxminən 40 kiloqram. Ancaq sonra o çəki möcüzəvi şəkildə geri qayıtdı. İstənilən çəkisi olan kişi kimi mən də yemək bişirməyi sevirəm” deyə, o müsahibələrinin birində bildirib.  

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39