Çərşənbə axşamı, 18 İyun

Makron istefa verməyi düşünür

image

Fransa prezidenti Emmanuel Makron ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə ölkə başçısı vəzifəsindən istefa vermə imkanını müzakirə edir. 

Xəbər verilir ki, bu barədə "Europe 1" radiosu məlumat yayıb.

İddia olunub ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu ssenarini müzakirə edib.

Eyni zamanda, istefa prezidentin üstünlük verdiyi variant deyil.

Prezidentin seçə biləcəyi başqa bir strategiya isə parlament seçkilərində qələbə qazanacağı təqdirdə sağçı Milli Birlik partiyası ilə, başqa sözlə, koalisiya ilə birgə yaşamaqdır. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28