Bazar ertəsi, 24 İyun

İcazəsiz Həcc ziyarətinə cəhd edən 300 mindən çox insan saxlanıldı

image

Səudiyyə Ərəbistanı hakimiyyəti Həcc ziyarətində iştirak etmək üçün qeydiyyatdan keçməmiş 300 mindən çox insanı saxlayıb.

Xəbər verilir ki, son günlər saxlanılanlar arasında ziyarət vizası əvəzinə turist vizası ilə Həcc ziyarətinə getməyə cəhd edən 157 minə yaxın əcnəbi də var.

Həcc Təhlükəsizlik Komitəsinin rəhbəri Məhəmməd ibn Abdulla Əl-Bəsami həccin qaydalarına və göstərişlərinə əməl etməyən 140 zəvvar qrupunun və 64 nəqliyyat təşkilatının saxlanıldığını açıqlayıb.

Səudiyyə rəsmilərinin məlumatına görə, iyunun 8-dən Həcc ziyarətində iştirak etmək üçün ölkəyə qeydiyyatdan keçmiş 1,3 milyondan çox zəvvar gəlib.

Səudiyyə Ərəbistanı hakimiyyəti hər il qeyri-qanuni olaraq Həcc ziyarətinə cəhd edən şəxsləri həbs edir. Ötən il 17 mindən çox insan icazəsiz Həcc ziyarətinə getməyə cəhd etdiklərinə görə həbs edilib.

Qeyd edək ki, ölkə hakimiyyəti əcnəbi vətəndaşlara və sakinlərə 2024-cü ilin Həcc ziyarətində qeyri-qanuni iştiraka görə sərt cəzalar barədə xəbərdarlıq etmişdi. Açıqlamaya görə, həcc icazəsi olmayan şəxslər 2 aydan 6 aya qədər həbs cəzası və 50 min Səudiyyə riyalı (13,3 min dollardan çox) məbləğində cərimələnə bilərlər.

Bununla bağlı saxlanılan əcnəbilər də deportasiya edilərək 10 il ölkəyə girişinə qadağa qoyulacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

12 nəfəri gün vurub

  • 20.06.2024 - 12:25
image

Sabunçuda qaz olmayacaq

  • 20.06.2024 - 09:40