Çərşənbə axşamı, 18 İyun

İbtidai sinif müəllimlərinin NƏZƏRİNƏ - Suallar açıqlandı

image

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları açıqlanıb.

Təhsil İnstitutundan verilən məlumata görə, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub.

Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

İmtahanın təfərrüatları:

• Müddət: 120 dəqiqə

• Ümumi sual sayı: 60

Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25

Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25

Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10

İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

İbtidai sinif – Azərbaycan dili

İbtidai sinif – Riyaziyyat

Qeyd: tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28