Çərşənbə axşamı, 18 İyun

Putin Ərdoğanla görüşəcək

image

Rusiya Prezidenti Vladimir Putin iyulda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.

Xəbər verilir ki, bunu Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Moskvada baş tutan görüşündə bildirib.

“Sizdən xahiş edirəm ki, prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız. Ümid edirəm ki, yaxın gələcəkdə – məncə, iyulun 3-4-də bildiyimə görə o, Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq”, – deyə Putin bildirib.

Qeyd edək ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28