Çərşənbə axşamı, 18 İyun

Alimlərdən şok hesabat: “Cəhənnəmin qapısı” böyüyür

image

Rus və alman alimləri qlobal istiləşmə ilə bağlı birgə hesabat yayıblar.

Xəbər verilir ki, “Geomorphology” beynəlxalq elmi jurnalda dərc olunan hesabat Yakutiyadakı “cəhənnəmin qapısı” adlandırılan Bataqayk termokarstının iflasına həsr olunub.

Bildirilib ki, istiləşmə və ərimə səbəbindən tayqadakı daimi donuşluq sahəsi çökür. Kraterin 2014-cü ildə eni 790 metr idisə, hazırda 1 kilometrə çatıb. Dərinliyi isə 100 metrdir.

Alimlər çökmənin genişləndiyini qeyd edirlər.

Qeyd edək ki, termokarst daimi donuşluq sahələrində yeraltı buzun və ya donmuş qruntun əriməsi ilə əlaqədar olaraq yer səthinin çökməsidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28