Bazar, 05 May

“Fransa Ermənistandan mina xəritələrini tələb etməlidir” — Fransalı deputat

image

Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaladığı ərazilərin xəritəsini verməyi tələb etməlidir.

Xəbər verilir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı Frederik Düma Tvitter hesabında yazıb.

O xatırladıb ki, ikisi jurnalist olmaqla, 3 mülki vətəndaş Azərbaycanın Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Fransalı deputatın sözlərinə görə, mülki əhali münaqişənin girovu ola bilməzlər.

O, həmçinin barışıq üçün beynəlxalq hüquqa riayət etməyin vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15