Cümə, 28 İyun

Meşə yanğınları ilə bağlı qorxunc statistika

image

Avstraliyalı klimatoloqlar 2003 və 2023-cü illər arasında böyük meşə yanğınlarının tezliyinin ən azı iki dəfə artdığını və ən böyük artımın son altı-yeddi ildə baş verdiyini aşkarlayıblar.

"Bizim hesablamalarımız göstərdi ki, son iki onillikdə ekstremal meşə yanğınlarının tezliyi iki dəfədən çox artıb. Eləcə də, bu yanğınların miqyası mülayim zonanın tayqalarında və iynəyarpaqlı meşələrində kəskin şəkildə dəyişib. Əvvəllər böyük həcmdə karbonun saxlandığı meşələrlə bağlı bütün bu proseslər Yer iqliminin necə dəyişdiyini əks etdirir", - tədqiqatçılar bildiriblər.

Alimlərə görə, böyük meşə və çöl yanğınları planetin iki bölgəsində, Şimali Amerikada və Qrenlandiyanın ona bitişik ərazilərində, eləcə də, Avstraliyada və qonşu bölgələrdə, o cümlədən Tasmaniya, Yeni Zelandiya və Yeni Qvineyada baş verir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti