Bazar, 30 İyun

Türkiyədə bütün kriptovalyuta köçürmələri qeydə alınacaq

image

Türkiyə parlamenti ölkədə kriptovalyutadan istifadəni tənzimləyən və onunla işləmə qaydalarının pozulmasına görə cərimələrin - 7,5 min dollardan 182,6 min dollara qədər, habelə fiziki şəxslərə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən qanun layihəsini qəbul edib.

Xəbər verilir ki, qanun layihəsi may ayında hakim Ədalət və İnkişaf Partiyası tərəfindən parlamentə göndərilib və müvafiq idarələrin, xüsusilə də Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamentinin tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Qanuna əsasən məhz departament, blokçeyn və oxşar texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində lisenziyalar verəcək, kriptovalyuta buraxacaq, yayacaq və ticarət edəcək. Eyni zamanda bütün kriptovalyuta köçürmələri də qeydə alınacaq. Hazırda Türkiyədə kriptovalyuta sahibi olan təxminən 12 milyon insan var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14