Cümə, 28 İyun

Zelenski Birləşmiş Qoşunların komandanını dəyişdi

image

Ukrayna Prezidenti Volodimir Zelenski son vaxtlar fəal şəkildə tənqid olunan Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qoşunlarının komandanı Yuri Sodolu vəzifəsindən azad edib.

Xəbər verilir ki, onun yerinə briqada generalı Andrey Qnatov təyin edilib.

"Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qoşunlarının komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim", - deyə Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti