Cümə, 03 May

Mehman Hüseynov bu dəfə İsmət Abbasovu hədəf aldı - ARAŞDIRMA

image

Blogger Mehman Hüseynov sosial şəbəkə hesablarında yeni araşdırma videosunu yayımlayıb. Onun bu dəfəki hədəfi isə keçmiş kənd təsərrüfatı naziri, hazırda isə Baş nazirinin müavini olan İsmət Abbasov olub.

Nazirin villasına gizlincə daxil olub, otaqlarını çəkdiyini qeyd edən Mehman Hüseynov, "Görün bu oğru məmurlar, xalqın qanını içənlər hansı şəraitdə yaşayırlar. Belə ev olar? Keçmiş kənd təsərrüfatı naziri, sonra isə Baş nazirin müavini olan İsmət Abbasovun cinayətlərini araşdırıb ortaya çıxartmışıq" deyə qeyd edib.

"Bu məmur Londonda istintaqa cəlb olunub. Milyonları hardan, necə qazanıb onu sorğu-sual edirlər. Amma Azərbaycanda heç kim bu korrupsioner məmurun əlinə qandal vurub soruşmur ki, ay adam bu qədər pul, sərvət səndə hardandır? Çünki oğurladığı milyonların bir hissəsini lazımlı yerlərə çatdırıb.

İsmət Abbasov, Eldar Mahmudov dövlət büdcəsindən oğurluq edib öz övladlarına dəbdəbəli həyat qurub. Londonda bir nazirin 10 milyon manata aldığı villasında qonaq olmuşuq. Həmin evdə Azərbaycan xalqına məxsus olan pulları tapmışıq", deyə blogger qeyd edib.

Blogger araşdırmasında "Keçmiş korrupsioner məmur, indiki korrupsioner məmur deyilən şey yoxdu. Biz xalqa onu göstəririk ki, bu məmurlar yüksək vəzifədə olarkən cinayətlər törədiblər və cəzasız qalıblar. Keçmiş kənd təsərrüfatı naziri, sonra isə Baş nazirin müavini olan İsmət Abbasovun milyonlarını tapmışıq", deyə əlavə edib.

Mehman Hüseynovun araşdırmasından məlum olur ki, bu adam vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsini, xalqın sərvətini dədə malı kimi istifadə edib. Öz övladına Londonda milyonluq mülklər alıb, şirkətlər açıb və ən əsası xarici vətəndaşlığı alıb. Bizim oğru məmurların xususiyyəti ondadı ki, onlar Azərbaycanda milyonları “qazansalar” da, öz sərvətlərini Azərbaycana etibar etmirlər, özlərini və sərvətlərini sığortalamaq üçün xarici ölkələrə, xarici banklara daşıyırlar.

Araşdırmanı tam şəkildə təqdim edirik:

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15