Bazar, 05 May

Elmar Vəliyev məhkəməyə saxta rəy təqdim edib? - ARAŞDIRMA

image

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi davam edir. Bir müddət əvvəl keçirilən növbəti məhkəmə prosesi zamanı hakim Elmar Vəliyev haqqında Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Türkiyə türkcəsində tərtib olunan rəydə icra başçısının tibbi diaqnozu qeyd olunub. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.

Elmar Vəliyevin vəkili isə onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada verilmiş etibarnaməsinin olduğunu qeyd edib. Maraqlıdır, əgər Elmar Vəliyevin həqiqətən əqli və fiziki durumu normal deyilsə, etibarnaməni necə verə bilib?

Elmar Vəliyevla bağlı bu cür suallar və qaranlıq məqamları nəzərə alaraq Aftafa.tv məsələni daha dərindən araşdırmağa qərar verib.

Araşdırmalarımız nəticəsində məlum olub ki, Elmar Vəliyev heç də həkim rəyində qeyd olunduğu kimi deyilənləri dərk etməyəcək vəziyyətdə deyil. Əksinə vəziyyəti əvvəlkinə nəzərən çox yaxşıdır və özünü gümrah hiss edir. Hətta keçmiş icra başçısı iki yeni otelin ərsəyə gəlməsi işini həyata keçirir. Belə ki, biri Gəncə şəhərində Hacıkənddə, digəri isə Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaxınlığında, Təbriz küçəsində yerləşən iki yeni otel Elmar Vəliyevə məxsusdur. Bu otellərin hazırlanmasına nəzarəti və maliyyə xərclərini Elmar Vəliyev şəxsən özü həyata keçirir.

Eyni zamanda Elmar Vəliyev icra başçısı olduğu dövrdə müxtəlif vasitələrlə qazandığı pulların böyük əksəriyyətini oğlu Elmir Vəliyev vasitəsilə Almaniyaya çıxarıb. Maliyyə vəsaitinin böyük bir hissəsi burada yerləşən bank hesabalarında fərqli adlarla saxlanılır.

Sual edə bilərsiniz, bəs hər şey yaxşıdırsa, Elmar Vəliyev bu cür həkim rəyinə nə üçün ehtiyac duyub? Əqli və fiziki vəziyyətinin normal olmaması Elmar Vəliyevin nəyinə lazımdır? Aftafa.tv bu sualın da cavablarını araşdırıb və bəzi ip ucları əldə edib.

Belə ki, araşdırmalarımıza əsasən Elmar Vəliyevin son illərdə müxtəlif şəxslərə və qurumlara külli miqdarda borcu olduğu müəyyən olunub. Lakin pullarının böyük bir hissəsini ölkədən çıxarmağa müvəffəq olan Elmar Vəliyev bu borcları ödəmək niyyətində deyil. Bu səbəblə də Türkiyədən Elmar Vəliyevin deyilənləri dərk etməməsi, fikrini çatdıra bilməməsi ilə bağlı xüsusi həkim rəyi hazırlanılıb və məhkəməyə təqdim edilib. Özünü dəliliyə qoymuş bir adamdan isə heç kim gedib borcunu tələb edə bilməyəcək. Elmar Vəliyev də məhz buna arxayındır.

Qeyd edək ki, Elmar Vəliyev 2018-ci ildə Yunis Səfərov adlı şəxs tərəfindən silahlı hücuma məruz qalmış və baş nahiyyəsində güllə yarası alıb. Təqsirləndirilən Yunis Səfərov sui-qəsdi Gəncə şəhərinin icra başçısı olan Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə etdiyini bildirib.
 

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15