Çərşənbə axşamı, 14 May

Hindistanda koronavirusun yeni variantında artım var

image

Hindistan hökuməti ötən gün koronavirusun Delta variantının yoluxma gücü daha çox olan “Delta Plus” mutasiyasına 40 nəfərin yoluxduğunu açıqlayıb.

Xəbər verilir ki, buna Maharaştra, Kerala, Madhya Pradeş ştatlarında rast gəlinib.

İlk dəfə iyunun 11-də mətbuat vasitəsilə açıqlanan “Delta Plus”la bağlı (K417N) ayın 16-na olan vəziyyətə görə yoluxma 11 ölkədə, ABŞ-da (83 yoluxan), Böyük Britaniyada (36), Hindistanda (8), İsveçrədə (18), Kanadada (1), Nepalda (3), Polşada (9), Portuqaliyada (22), Rusiyada (1), Türkiyədə (1), Yaponiyada (15) qeydə alınıb. Hələlik sözügedən variantdan ölüm halı baş verməyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00