Bazar, 05 May

Vilyam Hacıyevin narkotik şəbəkəsi - ADLAR

image

Xatirinizdədirsə, bir müddət əvvəl vəzifəsindən azad olunan İmişli rayonunun icra başçısı Vilyam Hacıyevin mənzilindən xarici və yerli valyutada olan pul bandrollarının tapılması bir sıra suallar doğurdu. İcra başçısının külli miqdarda pulu hardan və necə qazandığı ilə bağlı isə hər hansı açıqlama verilmədi. Vilyam Hacıyevin rayonda sosial müavinət alanların pullarını mənimsəməklə bu miqdarda pul toplaması çoxlarına inandırıcı görünmürdü. Bu cür şəxslərin biri də Musavat partiyasının başqanı Arif Hacılı idi.

Arif Hacılı 2020-ci ilin may ayı tarixli müsahibəsində Vilyam Hacıyevin narkotik maddələrin dövriyyəsi ilə məşğul olması iddialarını dilə gətirdi. Lakin daha sonra bu məsələ media qurumları tərəfindən ciddi şəkildə araşdırılmadı. 

İlk öncə onu qeyd edək ki, Vilyam Hacıyevin külli miqdarda maliyyə vəsaitini İcra başçısı vəzifəsindən sui-istifadə edərək qazanması ehtimalı o qədər də inandırıcı deyil. Ən azı Vilyam Hacıyevin həbsinə səbəb olan ittihamlar sabiq icra başçısının kassasından çıxan böyük miqdardakı pulların necə qazanıldığını izah etmir.

Aftafa.tv-nın mövzu ilə bağlı araşdırması nəticəsində də İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin narkotik maddələrin satışını təşkil etməsi və ölkənin ən böyük narkobaronlarından biri olması ilə bağlı ciddi əsaslar müəyyən olunub.  

Ehtimal olunru ki, narkotik maddələrin dövriyyəsi işinində Vilyam Hacıyev tək olmayıb. Onunla yaxın əlaqələrə malik olduğu müəyyən olunan digər şəxs Gəncə şəhəri Nizami Rayonun keçmiş icra başçısı Məharət Mustafayevin də bu işin içərisində olduğu bildirilir. Belə ki, ikilinin ölkədə narkotik maddələrin dövriyyəsini həyata keçirdikləri ilə bağlı əsaslı şübhələr mövcuddur. 

Qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illər arasında Gəncə şəhərinin Nizami rayonunun icra başçısı olub. 2014-cü ildə Göygöl bələdiyyə sədrini döydüyü üçün bu vəzifədən uzaqlaşdırılan Məharət Mustafayev daha sonra 2016-cı ildə Gəncə Şəhər  İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sədrliyinə gətirilib. Məharət Mustafayevi bu vəzifəyə gətirən isə Gəncənin sabiq İcra başçıcı Elmar Vəliyev olub. 2020-ci ilin avqustunda isə Məharət Mustafayev vəzifə səlahiyyətlərini aşma və dəlduzluq maddələri ilə həbs olunub.

Məharət Mustafayevin Elmar Vəliyevin “sağ əli” olması isə adı çəkilən şəxsin narkotik ticarətində yer alıb almaması ilə bağlı bir sıra şübhələr yaradır. Uzun müddətdir ki, Elmar Vəliyevin aktiv narkotik maddə istifadəçisi olması ilə bağlı iddialar səsləndirilirdi. Görünür ki, Elmar Vəliyev ehtiyacı olan narkotik maddələri məhz Məharət Mustafayev vasitəsilə əldə edirmiş. 

Yaxın zamanlarda bu istiqamətdə də əldə etdiyimiz məlumatları oxucularımızla paylaşacağıq. 

Aftafa.tv
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15