Bazar ertəsi, 13 May

Baydenlə Merkel “Şimal axını 2” ilə bağlı razılaşa bilmədi

image

ABŞ Prezidenti Cozef Bayden və Almaniya kansleri Angela Merkel Vaşinqtonda danışıqlar aparıblar.

Xəbər verilir ki, görüşdə tərəflər “Şimal axını 2” ilə bağlı fərqli mövqelər səsləndiriblər.

Merkel bu layihənin Ukraynadan qaz tranzitini ləğv etməyəcəyini bildirib. Kansler Rusiyanın Ukraynanın tranzit haqqını əlindən alacağı halda Almaniyanın aktiv olacağını deyib.

Bayden isə öz növbəsində Rusiyanın qonşu ölkələrə qarşı energidən təzyiq kimi istifadəsinə izn verilməməsi gərəkdiyini söyləyib:

“Mənim “Şimal axını 2” kəmərinə baxışlarım çoxdan bəllidir. Mehriban dostlar fikir ayrılıqları yaşaya bilərlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00