Cümə, 03 May

Cüdoçularımızdan ilk gündə 3 medal - Avropa Kuboku

image

Çexiyanın Praqa şəhərində gənc cüdoçular arasında Avropa Kuboku start götürüb. 

Xəbər verilir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kq) qitə kubokunda 2-ci yeri tutub. Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa Kubokuna 33 ölkədən 383 cüdoçu qatılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15