Bazar, 05 May

Məmur müharibələri: “Durnalar məsələsi” və Cəmil Həsənlinin qızının videosu

image

Bir müddət əvvəl mediada Qax Dövlət Yasaqlığında bir qrup ərəb turistin qanunsuz ovçuluq fəaliyyəti ilə məşğul olması faktı tirajlanmağa başlandı. Ərəb turistlərin Dövlət Yasaqlığının ərazisində adları Qırmızı kitaba düşmüş durnaları ovlamaları isə məsələnin daha da böyüməsi ilə nəticələndi. Təbii olaraq hər kəs ərəb turistlərin necə olub Azərbaycana gəldiklərini və onlara ovçuluq fəaliyyəti üçün kimin imkan yaratdığını sorğulamağa başladı. Əksər media resursları qanunsuz ov fəaliyyəti ilə məşğul olan ərəb turistləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonaqları kimi təqdim etdi. İddialar səsləndirilməyə başladı ki, artıq 10 ildir ki, ov mövsümü üçün Azərbaycana gəlib gedən ərəblər üçün bu imkanı yaradan elə Kəmaləddin Heydərovun özüdür.

Diqqətli oxucularımıza yaxşı məlum olan bu prosesinin kim tərəfindən təşkil olunması, Kəmaləddin Heydərovu kimin və ya kimlərin hədəf alması ilə bağlı bəzi maraqlı maqamları qeyd etməyə ehtiyac var.

Belə qənaətə gəlmək olar ki, “Durnalar məsələsi” özünü işgüzar kadr kimi göstərmək istəyən, daha çox diqqət mərkəzində olmağı hədəfləyən və Kəmaləddin Heydərovla şəxsi qərəzliyi olan biri tərəfindən qabardılıb. Bu şəxsin kim ola biləcəyini müəyyən etmək elə də çətin deyil. Hazırda önəmli vəzifədə təmil olunan və uzun müddətdir ki, hər hansı fəaliyyəti ilə gündəmə gəlməyən şəxslər elə də çox deyil. Hələ bu şəxslər arasında Kəmaləddin Heydərovla şəxsi ədavəti olan çox az şəxs var.

Bu cür şəxslər sırasında istər tutduğu vəzifə, istərdə də mətbuatda Kəmaləddin Heydərova qarşı bu miqyasda kampaniya aparacaq gücə sahib olması ilə fərqlənənlər arasında ilk ağla gələn fiqur Yusif Məmmədəliyevdir. “Cavan” Gənclər Hərəkatı və bir sıra digər sosial layihələrin kuratorluğunu həyata keçirən Yusif Məmmədəliyev bu işi icra etmək üçün yetəri qədər resursa da malikdir.

Bu məqam bizə “Durnalar məsələsi” ilə bağlı məsələnin birbaşa Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevlə bağlantılı olduğunu düşünməyə əsas verir. Əlindəki resurslardan istifadə edən Yusif Məmmədəliyev baş verənləri məqsədli şəkildə şişirdərək müxtəlif xəbər saytları və sosial media vasitəsilə tirajlanmasına nail olub. 

Qeyd edək ki, Yusif Məmmədəliyevlə Kəmaləddin Heydərov arasındakı ədavətin kökləri də bir xeyli əvvələ dayanır. Bir müddət əvvəl paytaxtın Əziz Əliyev küçəsində yerləşən və Yusif Məmmədəliyevə məxsus olduğu bilinən “Dolce vita” və bir sıra digər restoranlarda Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılıb. Obyektlərdə rast gəlinən bəzi problemlərin isə tezliklə aradan qaldırılması tapşırılıb. Lakin Yusif Məmmədəliyev bu cür davranışı özünə qarşı hörmətsizlik kimi qəbul edib və elə bütün problemlər də bundan sonra başlayıb. 

Hətta Yusif Məmmədəliyev öz nəzarətində olan “Primetime” xəbər saytında bir neçə dəfə Kəmaləddin Heydərovu tənqid edən yazılara da yer verib. Lakin daha sonra saytın fəaliyyəti dayandırılıb və hazırda sayt fəaliyyət göstərmir.

Kəmaləddin Heydərov isə baş verənlərə cavabında Yusif Məmmədəliyevin gənclər siyasəti istiqamətindəki fəaliyyətini tənqid edərək, onun Əli Həsənovdan örnək götürməli olduğunu bildirib. Yusif Məmmədəliyev isə bu məsələ ilə bağlı şikayətini prezidentə bildirib.

Eyni zamanda məlum hadisədən dərhal sonra “İDEA” İctimai Birliyinin rəsmi səhifəsində baş verənləri pisləyən və ərəb turistlərin qanunsuz ov fəaliyyətinə imkan yaradan şəxslərin tənqid olunduğu post paylaşılması da bu iddialarımızı təsdiqləyən əsas amildir.

Paylaşılan postun “İDEA” İctimai birliyinin rəsmi mövqeyi olduğunu nəzərə alsaq, layihənin kuratoru olan Yusif Məmmədəliyevin bu işdən xəbərsiz olmaması mümkün görünmür. Deməli, baş verənlər Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevin adı ilə birbaşa bağlıdır.

Lakin mətbuatda kütləvi sürətdə Kəmaləddin Heydərovun hədəf alındığı bir vaxtda birdənbirə gündəm tamamilə dəyişir. Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yer aldığı video paylaşılır və hadisədən xəbərdar olan hər kəs bu mövzunu müzakirə etməyə başlayır. Cəmi bir neçə gün əvvəl ovçuluq edən ərəbələr məsələsi isə tamamilə unudulur. Sanki belə bir hadisə heç olmayıb. Sosial mediada və digər informasiya resurslarında Kəmaləddin Heydərovun adını da, onun ərəblər qonaqlarını da heç kəs dilə gətirmir.

Nəzərə alsaq ki, belə bir vaxtda hakimiyyət bu cür videonu paylaşaraq özünü hədəfə çevirməsi çox ağıllı gediş olmazdı, baş verənlər gündəmin məhz Kəmaləddin Heydərov tərəfindən dəyişdirilməsi ilə bağlı əsaslı şübhələr yaradır.

Hər kəsə məlumdur ki, fövqəl nazirinin sözü gedən videonu ərsəyə gətirəcək qədər ciddi kadr potensialı və texniki imkanlara sahib qrupları var. Bu cür bir videonun hazırlanması və sosial şəbəkələrdə yayımlanması Kəmaləddin Heydərov üçün elə də çətin bir məsələ deyil. 

Cəmil Həsənlinin qızının videosundan da ən çox xeyir qazanmış şəxs də məhz Kəmaləddin Heydərov oldu. Nəticədə bütün nəzərlər onun üzərindən uzaqlaşdı və baş verənlər unuduldu. Kəmaləddin Heydərovun video kartından istifadə etməsi konkret kimisə hədəf almaq üçün yox, məhz gündəmi dəyişdirmək və özünü ictimai qəzəbin hədəfindən uzaqlaşdırmaq məqsədi ilə edildiyi güman olunur. 

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15