Çərşənbə axşamı, 14 May

10 idmançımız mübarizəyə qoşulur - Tokio-2020

image

Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Xəbər verilir ki,  44 təmsilçidən 10-u yarışa qoşulacaq.

Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar.

Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) medal qazanmağa çalışacaq.

100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışıqda isə Maksim Şemberev təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Velosipedin şosse növündə Elçin Əsədov yarışacaqsa, idman gimnastı İvan Tixonov təsnifat mərhələsində uğur qazanmağa çalışacaq.

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında isə Ruslan Lunyov mübarizə aparacaq.

Qeyd edək ki, olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00