Çərşənbə axşamı, 14 May

Rüstəm Orucov: “Özümə gələ bilməmişəm“

image

"Medalsız qaldım. Medal qazanmağı hamıdan çox istəyirdim. Püşk yaxşı gətirmədi. Üçüncü görüşümdə olimpiya çempionuna rəqib oldum. Bütün gücümü o görüşdə itirdim. Ondan sonra da bərpa oluna bilmədim ki, axıra kimi gedim və üçüncü yeri tutum. Beşinci oldum".

Xəbər verilir ki, bu sözləri  Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

"Nə deyəcəyimi bilmirəm. Qismət belə imiş. İnanın mənə, nə olacağını, necə olacağını bilmirəm. Hələlik özümə gələ bilməmişəm. Özümə gəlsəm, yaxşı olacaq. Buradan mənə dəstək olanların hamısına "çox sağ olun" demək istəyirəm" - deyə o bildirib.

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də 3-cü yer uğrunda görüşdə  dünya çempionu An Çanqrimə (Cənubi Koreya) uduzub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00