Çərşənbə axşamı, 14 May

Bakıda 2 yaşlı körpə milçək dərmanı içdi - Vəziyyəti ağırdır

image

Yay aylarında istifadə edilən ağcaqanad, milçək dərmanları uşaqlar üçün təhlükə mənbəyinə çevrilir. Müxtəlif qablarda olan bu kimyəvi vasitələri uşaqlar ələ keçirərək, şirin içki bilib içir.

Xəbər verilir ki, dünən 2 yaşlı körpə bu səbəbdən zəhərlənib.

Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2019-cu il təvəllüdlü Şirinxanım Cəbrayılova evdə ehtiyatsızlıqdan milçək dərmanı içib.

Ağır vəziyyətdə Toksikologiya şöbəsinə çatdırılan körpənin həyatını son anda xilas etmək mümkün olub.

Valideynlər müxtəlif toksiki maddələri uşaqların əli çatan yerlərə qoymamalı, bu vasitələrin uşaqların əlinə keçməməsinə nəzarət etməlidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00