Çərşənbə axşamı, 14 May

Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

image

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Xəbər verilir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib.

İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb.

Dominges üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00