Çərşənbə axşamı, 14 May

Tokio-2020: Azərbaycan daha bir medalı təmin edib - YENİLƏNİB 

image

Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

Xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupunda sonuncu görüşünü keçirib. Türkiyə təmsilçisi Məltəm Hocaoğlu ilə qarşılaşan İ.Zaretska rəqibini 4:0 hesabı ilə məğlub edib.

Beləliklə, qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib. Bu qrupdan ikinci yerin sahibi kimi yarımfinala 5 xalla qazaxıstanlı Sofiya Berultseva yüksəlib.

Təmsilçimiz ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub.

10:55

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Məlumatıa görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Sofya Berultseva ilə üz-üzə gəlib.

Zarestka rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək. Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

10:27

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

10:11

Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Xəbər verilir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda ilk döyüşünü Yaponiya idmançısı Ayumi Uekusaya qarşı keçirib. Görüşdə təmsilçimiz 4:1 hesablı qələbə qazanıb.

Karateçimiz qrup görüşləri çərçivəsində Məltəm Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan) və Silvia Semeraro (İtaliya) ilə qarşılaşacaq.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00