Çərşənbə axşamı, 14 May

Messi brifinqdə ağladı

image

Əfsanəvi futbolçu Lionel Messi “Camp Nou”da mətbuat konfransı keçirir.

Xəbər verilir ki, “Barselona” ilə müqaviləsi başa çatan futbolçu brifinqdə göz yaşlarını saxlaya bilməyib.

“Uzun illərdir - 13 yaşımdan bəri buradayam. 21 ildən sonra ayrılacağam. Hər şeyə, komanda yoldaşlarıma və bir çox insana minnətdaram. Gəldiyim gündən bu klub üçün hər şeyi etdim.

Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Və azarkeşlərlə vidalaşmadan… Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan ayrılıram.

Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram”, - o duyğularını dilə gətirib.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00