ABŞ-da 15 milyon doza peyvənd xarab oldu
ABŞ-da 15 milyon doza peyvənd xarab oldu
Bir neçə həftə əvvəl ABŞ-ın "Johnson & Johnson" şirkətinin Baltimor şəhərindəki (Merilend ştatı) zavodunun əməkdaşları koronavirusa qarşı peyvəndin hazırlanması zamanı maddələri qarışdırarkən səhvə yol veriblər.
"The New York Times" qəzeti xəbər verir ki, nəticədə 15 milyon doza peyvənd xarab olub.
Məlumata görə, insidentə səbəb insan faktoru olub. Baş verən hadisə ilə əlaqədar ABŞ-ın Qida və Dərman Administrasiyası zavodda yoxlamalar aparılır.
Aftafa.tv