Cümə, 03 May

Ermənilər Qarabağ qüvvələrinin Laçın dəhlizində iki mövqedən çıxdığını bildirirlər

image

Bu gün Ermənistanın bir sıra KİV-i və teleqram-kanallar bildiriblər ki, artıq bir neçə gündür Qarabağ qüvvələrinin bölmələri Qarabağın Şuşa rayonunun Yexsaoq (Sarıbaba) və İnşen (Qaladərəsi) kəndləri yaxınlığında mövqeləri tərk ediblər.

Yerli erməni əhali baş verənlərdən narahatdır, hesab edirlər ki, onları müdafiəsiz qoyublar, çünki erməni hərbçiləri rusiyalı sülhməramlılar əvəz etməyiblər.

Qeyd edək ki, bu iki kənd Laçın-Şuşa yolunun yaxınlığında yerləşir. Ermənilərin bu mövqedən getməsi Bakıda Laçın dəhlizinə nəzarət edilməsinin vacibliyi barədə çağırışlar ilə üst-üstə düşür. Belə ki, rusiyalı sülhməramlılar öz öhdəliklərini yerinə yetirməyərək Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Qarabağa buraxırlar.

Ötən şənbə prezident İlham Əliyev CNN-Turk telekanalına müsahibəsində bu barədə açıq danışıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15