Çərşənbə, 15 May

Azərbaycana maşınlar hansı ölkələrdən gətirilib? — SİYAHI

image

2021-ci ilin birinci yarısında Azərbaycana 22 633 ədəd qığılcımla alışan (benzin və qazla işləyən) daxili yanma mühərrikli (DYM), 9 161 ədəd dizel mühərrikli, 11 ədəd xüsusi təyinatlı və 22 ədəd digər növ minik avtomobili gətirilib.

Araşdırmalara əsasən, qığılcımla alışan DYM-li minik avtomobillərinin ümumi dəyəri 246 565 170 dollar, dizel mühərrikli avtomobillərin ümumi dəyəri isə 67 224 500 dollar olub.

Qığılcımla alışan DYM-li minik avtomobillərindən 257 ədədi mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, 12 121 ədədi mühərrikinin həcmi 1 000-1 500 kub sm olan, 10 110 ədədi mühərrikinin həcmi 1 500-3 000 kub sm olan, 145 ədədi mühərrikinin həcmi 3 000 kub sm-dən çox olan minik avtomobilləridir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00