Şənbə, 01 İyun

Rusiyanın fövqəladə hallar naziri həlak olub

image

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlərdə həlak olub.

Xəbər verilir ki, bu barədə nazirlikdən məlumat verilib.

“Hüznlə bildiririk ki, Rusiya FHN-nin başçısı Yevgeni Ziniçev Norilskdə arktik zonanın fövqəladə hallardan müdafiəsi üzrə idarələrarası təlimlər zamanı xidməti borcunu yerinə yetirərkən, insan həyatını xilas edərkən faciəli surətdə həlak olub”, - nazirlik bildiriblər.

Yevgeni Ziniçev 2018-ci ildən Rusiyanın fövqəladə hallar naziri vəzifəsində işləyirdi. Onun 55 yaşı vardı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti