Saakaşvili 9 il azadlıqdan məhrum edildi - VİDEO
Saakaşvili 9 il azadlıqdan məhrum edildi - VİDEO
Gürcüstanın saxlanılan sabiq prezidenti Mixail Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edilib.
Xəbər verilir ki, prokurorluğun məlumatına əsasən, Saakaşvili bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi məhkum edilib. O, birinci hala görə 3, ikinci hala görə 6 il azadlıqdan məhrum olunub.
Bundan başqa, Saakaşvili 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının dağıdılması və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilir. Hazırda bu işlərə məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.
***
20:06
“Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər”.
Xəbər verilir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub: "Proses tam nəzarət altında idi".
Aftafa.tv