Cümə, 03 May

Mixail Saakaşvilinin həbsxanadan azad olunması üçün şərtlər açıqlanıb

image

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ölkənin hazırkı lideri tərəfindən əfv edilməsi və ya ekstradisiya yolu ilə azad etmək olar.

Xəbər verilir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya bildirib.

O, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını xatırladıb, lakin qeyd edib ki, sabah vəziyyət dəyişə bilər.

Vəkilin sözlərinə görə, Gürcüstanın sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır".

Beka Basilaya hesab edir ki, Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ölkə prezidentinin qəti qərarına təsir edəcək.

Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.

Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15