Çərşənbə, 22 May

Saakaşvili yalnız bu şərtlə Ukraynaya ekstradisiyasına RAZI OLACAQ

image

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ona qarşı irəli sürülən bütün ittihamlar ləğv olunarsa, Ukraynaya ekstradisiya edilməyə razılıq verəcək”.

Xəbər verilir ki, bunu Saakaşvilinin ukraynalı sevgilisi, “Xalqın qulluqçusu” partiyasından millət vəkili Yelizaveta Yasko “Ukrayna-24” telekanalına açıqlamasında deyib.

“İndi hər şey diplomatik danışıqlardan, Ukraynanın mövqeyindən asılıdır. Hazırda Mixail Saakaşvili özünü təqsirkar hesab etmir. O, mübariz ruha sahibdir”, – deyə Y.Yasko bildirib.

Onun sözlərinə görə, M.Saakaşvilinin Ukraynaya ekstradisiya olunması ilə bağlı proseslər olarsa, ona qarşı bütün ittihamların ləğv olunmasına nail olmaq mütləqdir.

Yasko, həmçinin keçmiş Prezidentin aclıq aksiyasını davam etdirdiyini də xatırladıb.

Qeyd edək ki, Yelzaveta Yasko oktyabrın 5-i Gürcüstana gəlib və Saakaşvilinin saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasında onunla görüşüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06