Çərşənbə, 15 May

Müdafiə naziri elan etdi: “İşğal hər an başlaya bilər” - Çin lideri hədələdi

image

Çin dövlət başçısı Si Cinpin Sinxay İnqilabının ildönümündə ölkəsinin separatizmlə mübarizə sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib.

Xəbər verilir ki, dövlət başçısı çıxışında Tayvanla bağlı son gəlişmələrə diqqət çəkib.

“Tayvanın separatizmi vətənin birləşməsinə ən böyük maneədir və milli dirçəliş üçün ən böyük gizli təhdiddir”, - Cinpin qeyd edib.

Çin liderinin açıqlamaları Cənubi Çin dənizində vəziyyətin gərginləşməsi fonunda səslənib.

Tayvan müdafiə naziri Çin və ölkəsi arasındakı mövcud prosesləri son 40 ilin “ən ciddi gərginliyi” adlandırıb. Onun sözlərinə görə, Çin gözlənilmədən işğala başlaya bilər.

Tayvan 1949-cu ildə baş verən vətəndaş müharibəsindən sonra Çinin nəzarətindən çıxıb. O vaxtdan bəri bəri adaya nəzarət Çində deyil. Pekin adanı Çin ərazisi və onun üzərində suverenliyini əsas prioriteti hesab edir. Tayvan isə müstəqil dövlət olduğunu bildirir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00