Bazar ertəsi, 13 May

Sarqsyan boykot edir, kürəkəni seçkilərə qatılır

image

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Xəbər verilir ki, o, bu məqsədlə artıq “Mənim Ermənistanım” adlı partiyasını qeydiyyatdan keçirib.

Partiyanın sədri isə Narek Simonyandır. O, məlumatı təsdiqləyib. N.Simonyanın sözlərinə görə, “Mənim Ermənistanım”ın konfransı 2020-ci ilin noyabrın 30-da keçirilib. (Report)

Qeyd edək ki, M.Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkənidir. Sabiq səfir baş nazir Nikol Paşinyanı müxtəlif məsələlərdə, o cümlədən siqaret, silah qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edir.

Xatırladaq ki, S.Sarqsyan parlament seçkilərinə qatılmayacağını, tərəfdarlarını Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyanı dəstəkləməyə çağıracağını bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00