Cümə, 03 May

“Qarabağ”dan əzmkar qələbə

image

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.

Xəbər verilir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edib.

Qonaqlar 19-cu dəqiqədə penaltidən vurduqları qolla hesabda önə keçiblər. "Qarabağ" ikinci hissədə dönüş yarada bilib. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev hesabı bərabərləşdirib. 90 dəqiqəyə əlavə edilmiş birinci dəqiqədə isə Abbas Hüseynov qələbə qolunu vurub. 

Beləliklə 3 oyundan sonra yeddi xal toplayan Qurban Qurbanovun komandası qrup liderliyini davam etdirib.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

21 oktyabr

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1 

Qol: Ramil Şeydayev, 79, Abbas Hüseynov, 90+1 - Kante, 19-pen.

Baş hakim: Yevgeni Aranovski (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15