Çərşənbə, 22 May

Azərbaycanda dəhşətli hadisə: Oğlunun toyuna hazırlaşan kişi intihar etdi

image

Qax rayonunda intihar hadisəsi baş verib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06