Cümə axşamı, 02 May

Araik Arutyunyanı qəbul edən Paşinyandan AÇIQ MESAJ: Artıq “artsax” yoxdur

image

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyanı qəbul edib.

Xəbər verilir ki, İrəvanda keçirilən görüşdə qondarma rejimin əski parçası olan “bayrağının” olmaması erməniləri qəzəbləndirib.

Ermənistan mediası yazır ki, Paşinyan bununla “artsax”ın olmadığını nümayiş etdirir.

“Paşinyanla görüşdə “artsax”ın “bayrağı” yenə yoxa çıxıb. Nikol bununla “artsax” dövlətinin olmadığını nümayiş etdirməyə davam edir. İstisna deyil ki, Paşinyan Əliyevin qəzəbindən qorxur”, - hayeli.am saytı yazır.

Qeyd edək ki, 44 günlük müharibədən öncə Qarabağdakı separatçı-terrorçu rejimin rəhbərliyi İrəvanda qəbul olunarkən, salonda qondarma “bayraq” da olurdu. Müharibədən sonra bu artıq gözə dəymir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15