Çərşənbə axşamı, 14 May

Ceff Bezos NASA-ya qarşı açdığı məhkəmədə uduzdu

image

ABŞ-lı iş adamı Ceff Bezosa məxsus "Blue Origin" aerokosmik şirkətinin avqust ayında Milli Aeronavtika və Kosmos Agentliyinə açdığı iddianı qazana bilmədiyi açıqlanıb.

Xəbər verilir ki,  bu  barədə Ceff Bezos "Twitter" hesabında paylaşım edib.  

"Blue Origin" aerokosmik şirkəti, "Artemis" proqramı çərçivəsində SpaceX ilə imzaladığı 2,9 milyard dollarlıq Aya eniş aparatı müqaviləsi üçün Milli Aeronavtika və Kosmos Agentliyinə (NASA) qarşı açdığı iddiada uduzub. 

"Astronavtların Aya təhlükəsiz şəkildə qayıtması üçün NASA-nın dövlət-özəl tərəfdaşlıq modelinin qərəzsiz satınalma prosesinə və rəqabəti təşviq edən möhkəm siyasətə ehtiyacı var" , - deyə Bezos yazıb.

Ceff Bezos həmçinin tvitində "Bu, istədiyimiz nəticə deyildi, lakin məhkəmənin qərarına hörmət edirik və NASA və SpaceX-ə uğurlar arzulayırıq".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00