Bazar, 28 Aprel

Fuad Muradovdan şəhidlərimizə qarşı təhqiramiz addım

image

Sosial şəbəkələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müzakirələrə səbəb olan yeni fotosu paylaşılıb. Fotolarda Fuad Muradovun Diaspora Komitəsi tərəfindən təşkil olunan “Zəfər Günü” tədbirində şəhidlərimizin fotoşəkillərindən hazırlanmış tribuna qarşısında çıxış etdiyi görünür.

Belə ki, 8 noyabr tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüşüb. Nyu-York ştatında baş tutan görüşdə ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor fəalları iştirak ediblər.

Lakin tədbir daha çox Fuad Muradovun çıxış etdiyi tribunanın dizaynı ilə yadda qalıb. Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın şəkillərindən hazırlanmış tribuna bir çox izləyicinin tənqidinə səbəb olub. Sosial şəbəkələrdə yayımlanan fotoşəkillərə sərt reaksiya verən istifadəçilər, baş verənlərə görə xüsusilə Fuad Muradovu və Diaspora Komitəsini ittiham ediblər. 

Tədbirdə çəkilən fotolar çox qısa zamanda sosial şəbəkələrdə yayılıb və ciddi müzakirə mövzusuna çevirilib. Bu cür bir halın xüsusilə Zəfər Günündə baş verməsi isə izləyiciləri daha emosional reaksiyalara sövq edib. 

Sosial şəbəkələrdə ciddi tənqid olunmasına baxmayaraq, rəsmi dövlət qurumu tərəfindən təşkil olunan bu cür bir tədbirdə haqqında danışılan nüansların nəzər alındığını ehtimal edirik.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39