Cümə, 03 May

“Bu, həyatımın ən çətin sınağı idi” - Emin

image

Xalq artisti Emin Ağalarov rusiyalı aparıcı Yuliya Baranovskayanın “Bıt çelovekom” (“Быть человеком”) layihəsinin qonağı olub.

Xəbər verilir ki, müğənni etiraf edib ki, demək olar, heç vaxt tək qala bilmir - onun həmişə insanlar arasında olmağa ehtiyacı var.

“İl yarım əvvəl koronavirus keçirdim və ilk dəfə on gün evdə qaldım. Bu, həyatımın ən çətin sınağı idi, çünki öyrəşməmişəm. Mən nəsə oxudum, hansısa seriallara baxdım, fortepianoda ifa etdim – bir gün ərzində evdə etmək mümkün olan hər şeyi etdim. Sən oturmusan və düşünürsən: necə belə? Niyə mən belə bacarmıram? İnsanlar var ki, əksinə, təklikdə qalmağı sevirlər”, - “Teleproqramma” nəşri Eminin sözlərini sitat gətirir.

Xalq artisti deyib ki, onun təklikdə qala biləcəyi rahatlıq zonası – avtomobilidir. Emin qeyd edib ki, hər zaman özü sükan arxasındadır, son illər mahnı da dinləmir, fikirləri ilə baş-başa qalmaq üçün sakitliyə üstünlük verir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15