Çərşənbə, 15 May

Bakı niyə bu addımı atdı? Çünki İlham Əliyev... - Kalaşnikov

image

Nikol Paşinyanın rus dilində danışmaq səriştəsizliyi və ümumiyyətlə cahilliyi üzündən o, Rusiyanın “İsgəndər” raket kompleksinin keyfiyyəti ilə bağlı fikirlər səsləndirib.

Aftafa.tv xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov "Sputnik" radiosunda çıxışı zamanı danışıb.

Mən onun hələ İrəvanın küçələri ilə qaçdığı və ümumiyyətlə rus dilini bilmədiyi zamanları xatırlayıram. O, Rusiyanın raket komplekslərinin keyfiyyətsizliyindən danışanda, çətin ki, dərindən düşünmüş olsun. Bir şey aydındır ki, Paşinyan nəyisə gizlədir”, - deyə o qeyd edib.

Rusiyalı deputatın sözlərinə əsasən, nə qədər ki, Ermənistanda qeyri-sabit siyasi vəziyyət olacaq, Qarabağda ermənilər tərəfindən təxribatlar da baş verə bilər.

Kalaşnikov vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri mövzusunda spikulyasiya edənlərin hamısı Rusiyanı qanlı silahlı münaqişəyə cəlb etməyə çalışır: “Bu, Moskvaya lazım deyil. Biz bütün “qırmızı xəttləri” mükəmməl bilirik”.

Azərbaycanın silahlanması ilə bağlı suala cavab verən Kalaşnikov qeyd edib ki, Bakı Türkiyə dronlarından başqa, Rusiyanın “Orion” müasir pilotsuz uçuş aparatı da əldə edə bilər.

“Burada sual yaranır - nə üçün Bakı Qarabağda silahlı münaqişədən əvvəl və sonra bir neçə ölkədən silah alıb və almağa davam edir? Cavab sadədir: İlham Əliyev ən yaxşısını seçməyi sevir”, - deyə rusiyalı deputat bildirib.

Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq (istər Serj Sərkisyan olsun, istərsə də Nikol Paşinyan) Azərbaycan Prezidenti İlham Əliyev hər şeyi aydın başa düşür və həmişə düzgün addımlar atır:

5 ildən - Rusiya sülhməramlıları Qarabağı tərk etdikdən sonra onların yerinə azərbaycanlılar gələcək. Ən əsası budur ki, Qarabağ erməniləri bundan yalnız uda bilər. Gec-tez sülhməramlılar öz vəzifələrinin öhdəsindən gələcək və bu əraziləri tərk edəcək. Onda Azərbaycan Qarabağın erməni əhalisinin etimadını bərpa edəcək. Düşünürəm ki, bundan sonra Qarabağ erməniləri üçün daha yaxşı tarixi dövr başlayacaq”, - deyə rusiyalı ekspert bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00