Ermənistanın keçmiş prezidenti Koçaryan Paşinyanı məhkəməyə verib
Ermənistanın keçmiş prezidenti Koçaryan Paşinyanı məhkəməyə verib
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.
Xəbər verilir ki, Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir.
Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.
Aftafa.tv