Bazar, 02 İyun

Fransa və Rusiya arasında gərginlik - Makronun mesajına qırıcılarla cavab

image

Fransa 2 döyüş təyyarəsinin Qara dənizin beynəlxalq sularında Rusiya reaktivləri tərəfindən təqib edildiyini açıqlayıb.

Xəbər verilir ki, Fransa Silahlı Qüvvələri bunun həftə ərzində ikinci belə olay olduğunu bildirib.

Silahlı Qüvvələrin sözçüsü polkovnik Paskal İanni verdiyi açıqlamada Fransa təyyarələrinin NATO çərçivəsində müşahidələr apardığını və Rusiya təyyarələrinin missiyalarına təsir etmədiyini deyib.

Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda Ukrayna-Rusiya gərginliyi ilə bağlı verdiyi açıqlamada Kiyevi dəstəkləyəcəklərini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti