Bazar, 28 Aprel

Mahir döyülməyini həzm edə bilmir: “Legiya“dan ayrılır

image

Millimizin futbolçusu Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir.

Xəbər verilir ki, 24 yaşlı hücumçu Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.

Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb.

Qeyd edək ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanan Emreliyə həkimlər 2 günlük istirahət tövsiyə edib. Buna görə onun "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

Xatırladaq ki, azarkeşlər "Visla" ilə oyundan sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39